Laçın rayonunun Qorçu kəndində inşa olunacaq beynəlxalq hava limanının tikintisinə start verilib.
Ucnoqta.az xəbər verir ki,Bununla bağlı görüntülər Azərbaycan Televiziyasında yayımlanıb.
Çəkiliş aparan AZTV-nin redaktoru Vüsal Məmmədov vurğulayıb ki, bu, işğaldan azad olunmuş ərazilərdə inşası nəzərdə tutulmuş üçüncü hava limanıdır.
“Birinci – Füzuli Aeroportu artıq istifadəyə verilib, Zəngilan hava limanı bu ilin sentyabr ayında istifadəyə veriləcək, Laçın Aeroportu isə 2024-cü ildə hazır olacaq”, - müəllif bildirib.
Görüntüləri təqdim edirik: