Azərbaycanlı məşqçi ağır xəstəlikdən vəfat etdi

22:45 - 25 İyun 2022 - HADİSƏ

Azərbaycan taekvondo ailəsinə ağır itki üz verib.

Ucnoqta.az xəbər verir ki, Taekvondo Federasiyanın rəsmi feysbuk səhifəsində verilən məlumata görə, bir çox idmançının yetişdirilməsində rolu olan, hazırda məşqçi kimi fəaliyyət göstərən bir neçə məşqçi-müəllimlərə taekvondonun sirlərini öyrədən Şahmurad Əlimuradov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

O, bu ilin fevral ayınadək Sumqayıt şəhər Gənclər və İdman idarəsində baş məşqçi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Xəbər xətti