Hacıqabulda 2 uşaq anası intihar edib

21:17 - 24 İyun 2022 - HADİSƏ

Hacıqabulda 24 yaşlı qadın özünü asaraq intihar edib.

APA-nın məlumatına görə, hadisə rayonun Meyniman kəndində qeydə alınıb.
Kənd sakini, 2 uşaq anası 1998-ci il təvəllüdlü Nəsirova Gülbəniz Ələsgər qızı yaşadığı ünvanda yerləşən tövlədə özünü asıb. İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti