Şəkidə yük avtomobili aşıb, sürücü ölüb

14:22 - 24 İyun 2022 - Xəbər

Şəki rayonunda "ЗИЛ" markalı yük avtomobili aşıb, sürücü ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində "ЗИЛ" markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1963-cü il təvəllüdlü Hacırəhimov Mahir Zakir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti