Messi bu gün ad gününü qeyd edir

13:49 - 24 İyun 2022 - Xəbər

PSJ-nin və Argentina millisinin hücumçusunun 35 yaşı tamam olub

Ucnoqta.az xəbər verir ki, Messi ötən yay PSJ-yə keçib. Daha əvvəl isə 13 yaşından qoşulduğu "Barselona"da oynamışdı. Lionel Messi 10 qat İspaniya çempionu və 7 dəfə İspaniya Kubokunun qalibi olub. Dörd dəfə "Barsa" ilə Çempionlar Liqasını və üç dəfə Klublararası Dünya Kubokunu qazanıb.

Keçən il Argentina yığmasının heyətində Amerika Kubokunu qazanıb, bu mövsüm isə PSJ ilə Fransa çempionu oldu.

Messi həm də 7 dəfə "Qızıl top"un qalibidir - bu, dünya futbol rekordudur.

 

Xəbər xətti