Türkiyədə müalicə alan qazilərin sayı açıqlanıb

11:53 - 24 İyun 2022 - Cəmiyyət

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən yaralı qazi və şəhid ailə üzlərinin sayı açıqlanıb. 

Ucnoqta.az xəbər verir ki, bu günə qədər 171 yaralı və 5 şəhid ailə üzvü qardaş ölkəyə müalicəyə göndərilib.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov qeyd edib ki, yaralı qazilərdən 146-sı vətənə qayıdıb: “Geri qayıdanlardan 3-ü şəhid ailəsinin üzvüdür. Hazırda Türkiyədə 25 qazimizin və 2 şəhid ailəsi üzvünün müalicəsi davam edir”.

Xəbər xətti