Gömrük generalı təltif edildi - FOTO

11:32 - 24 İyun 2022 - Xəbər

Dövlət Gömrük Komitəsinin sədr müavini, general İqbal Babayev təltif edilib.

Ucnoqta.a Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə generalın özü məlumat paylaşıb.

Bildirib ki, Ukraynanın Gömrük işi və Maliyyə Universitetinin 2022-ci il iyun ayının Elmi Şurasının qərarı ilə Gömrük Universitetləri Assosiasiyasının prezidenti, Avstraliyanın Çarlz Sterta Universitetinin professoru Devid Viddovsona, Latviyanın keçmiş gömrük xidmətinin rəhbəri, Riqa Texniki Universitetinin Gömrük və Vergi kafedrasının müdiri, professor Ayvars Krastınışa və ona Universitetin “Fəxri doktoru” adı verilib (http://umsf.dp.ua/index.php/about/pochesni-doktory):
"Mənim üçün bu adı daşımaq böyük şərəfdir.

Bu səbəbdən, Universitetin Elmi Şurasının bütün üzvlərinə və namizədliyimi irəli sürən hər kəsə minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bütün bilik və təcrübəmi Azərbaycan ilə Ukrayna dostluğunun inkişafı və möhkəmləndirilməsi naminə səfərbər edəcəyəm. Yaşasın Azərbaycan-Ukrayna əbədi dostluğu!”.

Qeyd edək ki, Ukraynanın Gömrük işi və Maliyyə Dövlət Universiteti (http://umsf.dp.ua) 1996-cı ildə Ukrayna Prezidenti L.Kuçmanın Fərmanı ilə Ukraynanın Dnepr şəhərində yaradılıb. Universitetdə gömrük sahəsində bakalavr, magistr pillələri ilə yanaşı və elmi işçilər hazırlanır. Burada Avropa, Amerika, Afrika, Yaxın Şərq, Hindistan və MDB ölkələrindən tələbələr təhsil alırlar.


Xəbər xətti