“Kurtlar Vadisi”nin aktyorundan illər sonra ETİRAF: “Vaxtından əvvəl öldürüldü” - FOTO

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “Kılıç” obrazını canlandıran Atilla Olgaç illər sonra maraqlı etiraflar edib.

Onun sözlərinə görə, yayımlandıqdan bir müddət sonra bütün kollektiv filmdən ayrılmaq istəyib, ancaq onlara ikiqat pul təklif edilib.

Bu barədə “Haber Global” xəbər verib.

Aktyorun sözlərinə görə, buna səbəb Necati Şaşmazla (serialda Polad Elemdar) bağlı çıxan təriqət xəbərləri olub.

“Hamımız gedəcəkdik. Amma yaşamaq üçün pul lazımdır. Pulqabının ağzını açdılar, aldığımız pulun iki mislini verdilər”, - deyən aktyor bundan sonra qalmaq qərarına gəldiklərini açıqlayıb.

Olqaç onu da vurğulayıb ki, Mehmet Karahanlı rolunu oynayan Zafer Ergin filmdə qalmaq üçün maaşının 3 mislini istəyib.

“Zafer Ergin dedi ki, üç mislini istəyirəm. O isə olmaz dedi. Bundan sonra işə kanal qarışdı, “sən iki ver, üstünü biz düzəldərik”, - dedi. Amma bundan 10 seriya sonra öldürüldü. Zafer elə getdi. Yoxsa rolu davam etməliydi, vaxtından əvvəl öldürüldü”, - deyə Olqaç vurğulayıb.

Tarix
24 İyun 2022 [08:09]
Müəllif
Üç nöqtə
2022-06-24 08:09:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin