FHN-in amfibiya təyyarəsi Türkiyəyə çatıb

22:30 - 23 İyun 2022 - Xəbər

Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.

Ucnoqta.az bu barədə FHN-ə istinadən xəbər verir.

Qeyd edək ki, təyyarə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə yola düşüb.

Xəbər xətti