Xaçmazda 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

21:30 - 23 İyun 2022 - HADİSƏ

Gəndob-Yalama yolunda avtomobil qəzası baş verib.

Hadisə magistralın Müşkür kəndi ərazisində qeydə alınıb. "Mersedes" və "Kia" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.///apa


Xəbər xətti