Bu gecə planetlərin paradı olacaq

20:11 - 23 İyun 2022 - DİGƏR

İyunun 24-nə keçən gecə nadir astronomik hadisə baş verəcək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir anda beş planet - Merkuri, Venera, Mars, Yupiter və Saturn səmada bir sıra düzülüşü edəcəklər. 

Onlara Mars və Venera arasından parlayan Ay da qoşulacaq. İyunun sonuna qədər peyk bir planetdən digər planetə keçəcək.

Bu fenomen nadir sayılır. Çünki bu, 18 ildə ilk dəfə baş verir. 2040-cı ilə qədər bir daha baş verməyəcək. Bəzi planetləri gecə yarısına kimi görmək olacaq.

Xəbər xətti