Xaçmazda 37 yaşlı kişi intihar etdi

18:32 - 23 İyun 2022 - HADİSƏ

Xaçmazda yerli sakin intihar edib.

"Report"un məlumatına görə, hadisə Gödəkli kəndində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Hacımətov Mehralı Hacımət oğlu yaşadıqı evin həyətində özünü asıb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti