Gəncədə 25 yaşlı qadını keçmiş əri öldürdü - YENİLƏNİB

17:44 - 23 İyun 2022 - HADİSƏ

Gəncədə 25 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

Ucnoqta.az DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, iyun ayının 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub. Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A. Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

17:16

Gəncədə qətl hadisəsi baş verib.


Hadisə şəhərin "Pasyolka" adlanan ərazisində qeydə alınıb. 1997-ci il təvəllüdlü Aynur Vəliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın dünyasını dəyişib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlar davam edir.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti