Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyəyə yola düşüb.
Ucnoqta.az-ın məlumatına görə, “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanında eniş edəcək.
15:30
Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.