İcra hakimiyyətinin qarşısında "avtoş"luq edən AQTA əməkdaşının oğlu CƏRİMƏLƏNDİ

Sosial şəbəkələrdə Salyan rayon İcra Hakimiyyətinin binası önündə avtoxuliqanlıq edilməsi barədə məlumat paylaşılıb.

Paylaşımda bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyinin Salyan rayon şöbəsinin əməkdaşı, Sabir Rəhmanovun kiçik oğlu Salman Rəhmanov "Passat" markalı avtomobillə icra hakimiyyətinin qarşısına gələrək orada avtoluliqanlıq edib. Nəticədə insanların həyatına təhlükə yaranıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a bildirib ki, Salyan rayonu, Xələc kənd sakini Salman Rəhmanovu iyun ayının 6-da sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları saxlayıb:

“Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrinə əsasən protokol tərtib olunub və S.Rəhimov 400 manat miqdarında cərimə olunub”.

Tarix
23 İyun 2022 [12:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-23 12:46:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin