Azərbaycanda kütləvi zəhərlənmə - araşdırma aparılır

09:51 - 23 İyun 2022 - HADİSƏ

Beyləqan rayonunda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib.

Zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.///report

Xəbər xətti