Bakıda qadın boynundan bıçaqlandı - Vəziyyəti ağırdır
00:38 - 23 İyun 2022 - HADİSƏ
Bakıda 58 yaşlı qadın bıçaqlanıb.
Ucnoqta.az xəbər verir ki, hadisə Nərimanov rayonu Əliyar Əliyev küçəsində baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü Məmmədova Şəfaqət Ağabəy qızı yaşadığı evdə boyun nahiyəsindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.