Azərbaycanda məktəb direktoru intihara cəhd etdi - YENİLƏNİB

18:11 - 22 İyun 2022 - HADİSƏ

Gəncədə məktəb direktorunun intihara cəhd etməsi haqqında bəzi təfərrüatlar məlum olub.

"Unikal"ın məlumatına görə, 1960-cı il təvəllüdlü Mətanət Qarayevanın iş yerində bəzi problemlər olub. Məktəb müəllimləri onun bu səbəbdən intihara cəhd etdiyini bildirib.

17:39

Gəncədə məktəb direktoru intihara cəhd edib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva 14 ədəd dərman həbi içərək qəsdən özünü zəhərləyərək intihar etməyə çalışıb. O dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

Hələlik M.Qarayevanı dindirmək mümkün olmayıb.

Onun hansı səbəbdən həyatına qəsd etmək istəməsi hələ məlum deyil.

 

Xəbər xətti