Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) işğaldan azad olunmuş ərazilərə istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə indiyədək Şuşaya 5955 sərnişin səfər edib.
DANX-dan Ucnoqta.az-a verilən məlumata görə, onlardan 3376 nəfər Bakı – Şuşa – Bakı, 2579 nəfər isə Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysi ilə gedib.
DANX-ın işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 200 reys həyata keçirilib, 8588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.