Bakıda velosipeddən yıxılaraq ölən 16 yaşlı qızın FOTOsu

15:44 - 21 İyun 2022 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, dünən Xətai rayonu, Məhəmməd Hadi küçəsi 29/44 ünvanında 16 yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Ucnoqta.az azxəbər-ə istinadla məlumat verir ki, 2006-cı il təvəllüdlü Röya Kazımova velosiped sürərkən ehtiyatsızlıqdan yıxılıb. 16 yaşlı qızın həyatını xilas etməyə çalışsalar da, o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Qeyd edək ki, Röya Kazımova 269 nömrəli məktəbin 9-cu sinif şagirdi olub.

Xəbər xətti