Quru sərhədlərinin açılmamasının səbəbi ... - Ekspert açıqladı

14:43 - 21 İyun 2022 - ÖLKƏ İÇİ

Quru sərhədlərinin açılmamasının səbəblərindən biri AzAL və ya Buta kimi şirkətlərin maraqlarına xidmət etmək ola bilər.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Rövşən Ağayevin sözlərinə görə, başqa əsas səbəblərdən biri də budur ki, insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana, ordan da Türkiyəyə keçib həmin yerlərdə para xərcləməsinlər:

"Həm kənarda valyuta xərcləməsinin qarşısını almağa, həm də əsasən oliqarxiyanın mülkiyyətində olan turizm obyektlərinə qazanc verməyə çalışırlar. O turizm obyektləri ki, keyfiyyətə və qiymətə görə adını çəkdiyim qonşu ölkələrə uduzurlar" - iqtisadçı qeyd edib.

Xəbər xətti