Ölkədə siqaret qıtlığı yaranıb - Qiymətlər niyə artır?

12:42 - 21 İyun 2022 - Cəmiyyət

Son günlər qiyməti 3 manat 50 qəpiyə qalxan “Viniston” siqareti hazırda 4 manata satılır. Bir anda 50 qəpik bahalaşma baş verib. Eyni hal “LD”, “Sobranie”, “Pall Mall”, “Winchester” siqaretlərinin qiymətində də müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, satıcıların bildirdiyinə görə, böhranın yaranmasına səbəb istehsalçı şirkətlərin ciddi şəkildə xammal problemi ilə üzləşmələridir. Siqaret firmaları son bir neçə həftədə demək olar ki, yeni mal istehsal etməyiblər.

Xammal probleminə səbəb isə Rusiya-Ukrayna müharibəsidir. Azərbaycana tütün idxalı əsasən Ukraynadan olub.
 

Xəbər xətti