Mobil telefon bazarında araşdırma - Üç MMC-yə iş qaldırıldı

12:09 - 21 İyun 2022 - Cəmiyyət

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mobil telefon cihazları bazarında araşdırmalar aparıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərib.

Bu barədə Ucnoqta.az-a Dövlət xidmətindən bildirilib. Məlumata görə, sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən “V-TELECOM”, “İMPERİUS” və “BUL ELECTRONİCS” MMC-lər barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.

İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdiriləcək.

Xəbər xətti