Azərbaycan meymunçiçəyinə görə ÜST-ə müraciət etdi
12:49 - 20 İyun 2022 - Cəmiyyət
"Qısa zamanda Azərbaycana meymunçiçəyi virusunu müəyyən edən testlər gətiriləcək".
Ucnoqta.az xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, meymunçiçəyi virusu dünyada var:"Bu virus daha çox Afrikada müşahidə edilir. Hazırda Avropada da müşahidə olunur, lakin COVID-19 qədər narahatedici səviyyədə deyil. Fərqli formada yoluxduğu üçün yayılması o qədər də sürətli deyil. Narahatlığa əsas yoxdur, amma bütün xəstəliklər kimi meymunçiçəyi də nəzarət altında saxlanılmalıdır. Xəstəliyin diaqnostikasının aparılması ilə əlaqədar olaraq Azərbaycan hökuməti ÜST-yə müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək".