Nabranda istirahət mərkəzi yandı
12:01 - 19 İyun 2022 - HADİSƏ
Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 12 m² olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda transformatorun yağı və sarğıları yanıb.
Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi xəbərə görə, yaxınlıqdakı koteclər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.