Minik avtomobili yük maşınına çırpıldı - Bir hərbçi ölüb, biri yaralanıb - FOTO (Yenilənib)

12:12 - 19 İyun 2022 - HADİSƏ

Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, hərbçinin idarə etdiyi avtomobildə olan sərnişini qəza nəticəsində ölüb. Sürücü özü isə ağır xəsarət alıb. Qeyd edək ki, ölən sərnişin də hərbçidir.

10:49

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin ağır xəsarət alıblar.
Xəsarət alan sərnişinlərdən birinin hərbi qulluqçu olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.


Xəbər xətti