Azərbaycanda ot bahalaşdı - Ətin qiymətinə təsir edəcək? - VİDEO

07:35 - 19 İyun 2022 - ÖLKƏ İÇİ

Biçin dövrü başlayıb, qiyməti isə artıb.

Son vaxtlar ot bahalaşıb. İsmayıllıda təsərrüfatla məşğul olanlar deyirlər ki, ötən il ilə müqayisədə bu il qiymətlərdə xeyli artım var. Belə ki, əvvəllər yoncanın bir bağlaması 3-5 manata satılırdısa, hazırda bu qiymət 4-6 manat, bəzən isə daha çox olur. Yabanı halda bitən otun bağlaması 4 manat, saman isə 2 manatdır. Bahalaşmaya əsas səbəblərdən biri kimi məhsuldarlığın az olması göstərilir.

Yevlaxlı təsərrüfatçılar da qiymət artımını məhsuladrlığın aşağı olması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, bahalaşma ətin qiymətinə də təsirsiz ötüşməyəcək.
İqtisadçı ekspert Elman Sadıqovun sözlərinəgörə, ətin qiymətinə təsir edən əsas amil xaricdən idxal olunan məhsullardır. Otun bahalaşması isə buna qismən təsir edə bilər. Ekspert real şəraitdə qiymət artımının təhlükəli olmadığını, ət məhsullarının qiymətinibazarın tənzimlədiyini bildirir.

Xəbər xətti