Hacıqabulda toyda kütləvi zəhərlənmə olub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində fərdi yaşayış evlərindən birində qurulan çadırda keçirilən toy mərasimində baş verib.
Hazırda toyda iştirak edən 10-dan çox rayon sakini Şirvan və Hacıqabul rayonlarında yerləşən xəstəxanalara aparılıb.
Faktla bağlı araşdırma başlanıb.