“Kriminal patriarx” adlanan Boris Komin (Borya Uşatıy) Kaliforniya ştatının San-Fransisko şəhərində dünyasını dəyişib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Borya Uşatıy 96 yaşında vəfat edib. O, 70-ci illərdə Amerikaya köçüb və bu vaxta qədər Rusiya kriminal aləmində avtoritetini saxlayıb.
2008-ci ildə Rusiya kriminal dünyasının əsas simaları Aslan Usoyan (Ded Xasan) və Tariel Oniani (Taro) arasında düşmənçilik yarandığı bir vaxtda Komin problemi həll etmək üçün Moskvaya dəvət olunub. Komin cavab olaraq bildirib ki, köhnə oğru kodeksinə görə, “tacirləri mühakimə edə bilməz”.
1927-ci ildə Stalino şəhərində (indiki Donesk) doğulan Boris milliyyətcə yəhudi olub.