Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib
Zaur Zeynalov nazirin müşaviri vəzifəsinə təyinat alıb.
Z.Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlamazdan əvvəl yerli və beynəlxalq şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb, hüquq və dövlət əlaqələri, ekoloji layihələr və bərpa olunan enerji sahəsində təcrübəyə malikdir.
ETSN-in mətbuat katibi İradə İbrahimova məlumatı saytımıza təsdiq edib.
O qeyd edib ki, Z.Zeynalov 2022-ci ilin iyun ayından nazirin müşaviri vəzifəsinə təyinat alıb.
“O, İndiana Universitetində ətraf mühit siyasəti və təbii ehtiyatların idarə edilməsi ixtisası ilə dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə malikdir”.///oxu.az