Bakıda yaşayış binasında yanğın olub

16:31 - 18 İyun 2022 - HADİSƏ

Bakı şəhərində beşmərtəbəli binada yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti