AZAL-a mükafat verildi

11:31 - 18 İyun 2022 - Xəbər

Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında ardıcıl olaraq beşinci dəfə ən yaxşı hava limanı seçilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Belə ki, Azərbaycanın əsas hava limanı növbəti dəfə nüfuzlu “Skytrax” beynəlxalq agentliyinin qiymərləndirməsinə görə World Airport Awards 2022 “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı” mükafatına layiq görülüb. Hava limanları üçün bu mükafat sənayenin keyfiyyət etalonudur.

Həmçinin bu il ilk dəfə olaraq Bakı hava limanı daha bir mühüm nominasiyada – “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olub.
 

Xəbər xətti