Liftin qırılması nəticəsində xəsarət alanların ADLARI

11:41 - 18 İyun 2022 - HADİSƏ

Ötən gecə Bakı şəhər Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Ucnoqta.az "qafqazinfo”ya istinadla xəbər verir ki, liftin 4-cü mərtəbədə olarkən zərbə ilə şaxtaya çırpılması nəticəsində xəsarət alan şəxslər bunlardır:

1968-ci il təvəllüdlü Afidə Heydərova - sol baldır sümüyünün sınığı, bel nahiyəsinin əziyi;

1960-cı il təvəllüdlü Tənzilə Süleymanova - sol ayağının sınığı, onun nəvəsi, 2009-cu il təvəllüdlü Leyla Səfərova - sol bud sümüyünün sınığı;

1980-ci il təvəllüdlü Yeganə Hacıyeva - topuq sümüyünün sınığı, onun övladı, 2007-ci il təvəllüdlü Cəlil Hacıyev - sol qol nahiyəsinin əziyi;

1960-cı il təvəllüdlü Sevinc Rəsulova - bel-omba nahiyəsinin əziyi.

Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.


10:49

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Nizami rayonunda “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftdə olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Xəbər xətti