Gədəbəydə yük maşını dərəyə aşdı

09:09 - 18 İyun 2022 - HADİSƏ

Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində “ГАЗ” markalı yük avtomobili dərəyə aşıb.

Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti