Həsən Həsənovun atası vəfat etdi

08:31 - 18 İyun 2022 - HADİSƏ

2014-cü ilin iyulunda Kəlbəcərdə ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənovun atası Fərman Həsənov vəfat edib.

Bu barədə ailənin yaxınları bildirib. Qeyd edək ki, Həsən Həsənov 8 il öncə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə yaxınlarının məzarını ziyarət etmək üçün gedərkən girov götürülüb.

Həsən Həsənov girov götürüldükdən bir neçə gün sonra ermənilər tərəfindən vəhşicəsinə öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Vətən müharibəsindən sonra erməni əsirliyindən azad edilib. ///Qafqazinfo

Xəbər xətti