Yaşayış binasında yanğın olub, sakinlər təxliyə edildi

23:51 - 17 İyun 2022 - HADİSƏ

Bakıda yaşayış binasında yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) isitnadən xəbər verir ki, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 2 m² olan elektrik otağında 60 ədəd sayğac və 4 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Şaxta boyunca kommunikasiya xətləri və mənzillər yanğından mühafizə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti