Xanlar Vəliyevdən də yuxarı vəzifəli şəxslərin “Tərtər işi”ndə nöqsanları var - Vahid Əhmədov
01:04 - 17 İyun 2022 - ÖLKƏ İÇİ
insanların “Tərtər işi”ndə kifayət qədər nöqsanları var”.
Ucnoqta.az xəbər verir ki, bunu Bakupost-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
O, bildirib ki, “Tərtər işi” ilə bağlı istintaqın yekunlaşmasına müəyyən vaxt lazımdır:
“Hesab edirəm ki, “Tərtər işi” ilə əlaqədar müəyyən işlər görülüb, bəzi insanlar həbs edilib. Amma bu iş tezliklə axıra çatdırılmalıdır. “Tərtər işi”ndə əli olanların hamısı cəzalarını almalıdırlar. Söhbət təkcə Xanlar Vəliyevdən getmir, ondan da yüksək vəzifəli insanlar olub ki, bu işdə əli, kifayət qədər nöqsanları var. Onlar da cəzalanmalıdırlar. Müəyyən vaxt lazımdır ki, bunlar araşdırılıb axıra çatdırılsın”.