Sabirabad sakini bıçaqlanıb

20:05 - 16 İyun 2022 - HADİSƏ

Sabirabad sakini bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Ulacalı kəndində baş verib.

Həmin kənd sakini, 1993-cü il təvəllüdlü Əzizov Umud Şakir oğlu ürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Xəbər xətti