Ucarda qəza ilə bağlı işıqsız qalan kəndlərə enerji verildi- Foto (Yenilənib)

15:57 - 16 İyun 2022 - HADİSƏ

Bakı-Qazax magistralında baş verən qəza nəticəsində Ucar rayonunun bır sıra kəndlərinin elektrik enerjisi təchizatında yaranan problem aradan qaldırılıb.

Bu barədə Ucnoqta.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Xəbərə görə, kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub.

15:00

Bakı-Qazax magistral yolunda qəza baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında, yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Xaliq Qulam oğlu Qulamovun idarə etdiyi “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə beton arakəsməyə çırpılıb. Daha sonra yol kənarındakı KRN-10 tipli vakuum açarına dəyərək onu aşırıb.

Hadisə zamanı xəsarət alan olmasa da, rayonun Qarabörk, Qulabənd, Küçəkənd, Alpı və Ənvər Məmmədxanlı kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb.///apa.az


Xəbər xətti