ABŞ Ukraynaya əlavə 1 milyardlıq silah göndərir

00:39 - 16 İyun 2022 - DÜNYA

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçıları Kiyevə ayrılmış 1 milyard dollarlıq hərbi yardımı müzakirə ediblər.

“Mən prezident Zelesnkiyə məlumat verdim ki, ABŞ Donbasdakı əməliyyatlıarda zəruri olan 1 milyard dollarlıq artilleriya və qabaqcıl raket sistemləri verəcək” – deyə Bayden bildirib.

Xəbər xətti