ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd olunur ki, dövlət başçıları Kiyevə ayrılmış 1 milyard dollarlıq hərbi yardımı müzakirə ediblər.
“Mən prezident Zelesnkiyə məlumat verdim ki, ABŞ Donbasdakı əməliyyatlıarda zəruri olan 1 milyard dollarlıq artilleriya və qabaqcıl raket sistemləri verəcək” – deyə Bayden bildirib.