Futbol matçı zamanı qırmızı vərəqə göstərən 63 yaşlı hakim döyülərək öldürülüb.
“Ölkə.Az” “El Mundo”ya istinadən xəbər verir ki, hadisə El Salvadorda baş verib.
Həvəskarlar arasında keçirilən oyunda azarkeşlər və futbolçular tərəfindən döyülən 63 yaşlı hakim Xose Arnoldo Amaya xəstəxanada dünyasını dəyişib. “Biz hakim Xose Arnoldo Amaya ilə bağlı baş verənləri qınayırıq və inanırıq ki, səlahiyyətlilər onun qətlinə görə məsuliyyət daşıyanları tapa biləcəklər”, - Federasiya prezidenti Huqo Karrillo deyib.
20 illik iş təcrübəsi olan hakim daxili qanaxmadan dünyasını dəyişib. Onu da qeyd edək ki, hadisə Latın Amerikasında baş versə də, azarkeşlərin rus dilində danışığı da aydın eşidilir.