Bakıda mənzildə yanğın olub

16:42 - 15 İyun 2022 - HADİSƏ

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin yanar konstruksiyaları 13 m² sahədə yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti