İki yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı

16:08 - 15 İyun 2022 - HADİSƏ

Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

Ucnoqta.az xəbər verir ki, bədbəxt hadisə Lənkəran şəhəri Qala xiyabanı 5 nömrəli binada qeydə alınıb. 2 yaşlı Əlixan Şəhriyar oğlu Bağırov binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Uşaq aqonal vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti