Siyəzəndə ağır avtomobil qəzası olub, ölən və yaralananlar var - FOTO

23:12 - 14 İyun 2022 - HADİSƏ

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən ərazisində “Nissan Mikra” markalı avtomobil “Mercedes ML”lə toqquşub. Hadisə nəticəsində Siyəzən sakinləri: - 1987-ci il təvəllüdlü Fərqanə Mövlidxan qızı Abbasova, onun bacısı, 1985-ci il təvəllüdlü Əfsanə Mövlidxan qızı Tağıyeva, 2001-ci il təvəllüdlü Azər Ələbbas oğlu Ağayev, 2014-cü il təvəlludlü Əsma Firudin qızı Abbasova və Quba sakini, 2004-cü il təvəllüdlü Əminə Rövşən qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Qəza zamanı ağır xəsarət alan 1988-ci il təvəllüdlü Xalidə Xalid qızı Xəlilzadə hadisə yerində keçinib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti