XƏBƏRDARLIQ: İyun ayının sonunadək...
19:56 - 14 İyun 2022 - ÖLKƏ İÇİ
Azərbaycanın rayonlarında iyun ayının ikinci ongünlüyünun sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya XidmətindənUcnoqta.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.