Motosiklet yük maşını ilə toqquşub, ölən var

15:22 - 14 İyun 2022 - HADİSƏ

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, iyunun 14-də Qaradağ rayonunun Sahil qəsəbəsi ilə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi arasında olan yolda motosiklet və “Shacman” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Ramin Eyvazov ölüb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

Xəbər xətti