Fransa meydanı ermənilərə darlıq edir

12:43 - 14 İyun 2022 - Cəmiyyət

“Bu gün Fransa meydanı, amma sabah biz başqa bir meydanda, o biri gün başqa meydanda olacağıq. Bu günlər ərzində biz göstərdik ki, istənilən meydan üzümüzə açıqdır. Mən dəfələrlə on minlərlə soydaşımızın yanında Respublika meydanında qalmaq təkliflərini eşitmişəm! ..."

Ucnoqta.az xəbər verir ki, bunu “Hayastan” blokundan deputat Geqam Manuk deyib.
"Fransa meydanı artıq bizim üçün kiçikdir, biz Ermənistanı böyük, bütöv bir meydana çevirməliyik və iyunun 15-də mübarizəni davam etdirməliyik”, - Manuk əlavə edib.

Bəli, bu gün Manuk nəyəsə ümid edir. Amma aprelin 25-dən davam edən etiraz aksiyalarına xalqın dəstəyi yoxdur, etirazçıların az sayda olması da bunu göstərir. Ermənilərin əksəriyyəti Azərbaycanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır, müharibə istəmirlər.

Geqam Manuk kimilərinin isə regionda sabitliyə qarşıdırlar. Müxalif qüvvələr Azərbaycan və Türkiyə ilə sülh müqaviləsinin bağlanmasını istəmirlər.
 Düşünürlər ki, hakimiyyətə gəlsələr Rusiyanın köməyi ilə yenidən Azərbaycan torpaqlarını işğal edə bilərlər. Unudurlar ki, artıq keçən əsrin  90-cı illəri deyil, qarşılarında güclü Azərbaycan dövləti, ordusu var.
 

Xəbər xətti