Bakıda 2 avtomobildən 40 min manatlıq oğurluq edildi

10:58 - 14 İyun 2022 - HADİSƏ

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Bu barədə Ucnoqta.az-a DİN-dən məlumat verilib. Xəbərə görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisində “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti