86 yaşlı qoca binadan yıxılaraq ölüb

09:26 - 14 İyun 2022 - HADİSƏ

Şirvanda hündürlükdən yıxılan kişi hadisə yerində ölüb.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhərinin mərkəzində, Energetik küçəsində yerləşən binada baş verib. Həmin binada yaşayan 1936-cı il təvəllüdlü Məmmədov Bəymurad Basam oğlu ikinci mərtəbədən yıxılıb. 86 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. 

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti